EN

BU yenilik vətəndaşları izafi borclanmadan uzaqlaşdırır Rəy

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Məlum olduğu kimi, Mərkəzi Bank tərəfindən kredit xətti üzrə yeni qaydalar hazırlanıb. Bu qaydalara əsasən, vətəndaşın rəsmi gəliri ilə ona açılan kredit xətti arasında birbaşa əlaqə müəyyənləşdirilib. Məqsəd vətəndaşların izafi borclanmasının qarşısını almaq, kreditləşməni daha məsuliyyətli etməkdir. Bu addım borclanmanın nəzarətdə saxlanmasına və risklərin azaldılmasına xidmət edir”. 

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yenilik vətəndaşları izafi borclanmadan uzaqlaşdırır:

“Əvvəlki dövrlərdə kredit kartları üzrə rəsmi gəlirlə açılan kredit xətti arasında tam mütənasiblik müşahidə olunmurdu. Nəticədə bəzi banklar və poçt qurumları tərəfindən yüksək məbləğli kredit xətləri təklif edilirdi və nəzarət mexanizmləri indiki qədər sərt deyildi. Bu isə bir sıra hallarda vətəndaşların artıq borclanmasına səbəb olurdu. Xüsusilə gəlirlə müqayisədə böyük limitlərin açılması sonradan ödəniş çətinlikləri yaradır, gecikmələr və əlavə maliyyə öhdəlikləri formalaşdırırdı. Yeni qaydaların tətbiqi kredit kartlarının sayına birbaşa təsir göstərib, çünki kredit kartı faktiki olaraq kredit xəttinin açılması deməkdir və hər bir yeni kart potensial borclanma imkanı yaradır”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
525.az

1Sources