"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda növbəti mövsümdən Sinqapurun "Jurong" komandasında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, bu, hazırkı "Albireks Niigata" klubunun rebrendinqdən sonrakı yeni adıdır.
Yaponiyalı ulduzun sözlərinə görə, o, bir neçə şəxsi hədəf, o cümlədən qol vurduğu ölkələrin yüksək liqalarının sayına görə "Ginnesin Rekordlar Kitabı"na düşmək niyyətindədir.
Hazırda Keysukenin qol siyahısı belədir: Yaponiya, Niderland, Rusiya, İtaliya, Meksika, Avstraliya, Braziliya, Azərbaycan, Litva, Butan.
Qeyd edək ki, o, həmçinin 5 gün Portuqaliyanın Portimonense klubunda olub və 5 il ərzində Kamboca millisini (bir müddət həm də gənclər yığmasını) çalışdırıb.