EN

İran müharibəsi təchizatı pozduğu üçün Livan ərzaq böhranı ilə üzləşəcək BMT dən XƏBƏRDARLIQ

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Livan artan ərzaq təhlükəsizliyi böhranı ilə üzləşir.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi BMT-nin Ümumdünya Ərzaq Proqramına (WFP) istinadən məlumat yayıb.

Bildirilib ki, İranla müharibə nəticəsində təchizat zəncirinin pozulması və qiymətlərin artması vəziyyəti daha da ağırlaşdırıb.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Livan üzrə ölkə direktoru Allison Oman qeyd edib ki, mövcud vəziyyət təkcə köçkünlük böhranı deyil, həm də sürətlə dərinləşən ərzaq təhlükəsizliyi böhranına çevrilir.

O, ərzaq məhsullarının köçkün ailələr üçün getdikcə daha əlçatmaz hala gəldiyini və humanitar vəziyyətin pisləşdiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
redaktor.az

2Sources