EN

"Səbail" rəsmisi 3 oyunluq diskvalifikasiya edildi

I Liqa təmsilçisi "Səbail" AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.

Fanat.Az xəbər verir ki, qərar komitənin bu gün baş tutan iclasında qəbul edilib.

Mübarizə apardığı çempionatın XXI turü çərçivəsində dünən "Şəfa"ya uduzan (1:2) "dənizçilər" dörd futbolçu sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Bundan başqa, "Səbail"in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə edilib.

"Şahdağ Qusar" isə 150 manat ziyana düşüb. "Difai" ilə görüşün 77-ci dəqiqəsində futbolçu Kvaku Adjey ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb.

Chosen
14
fanat.az

1Sources