EN

Bu avtomobillər işıq və səs siqnallarından istifadə edə biləcək KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclis “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikləri birinci oxunuşda qəbul edib.

KONKRET.az xəbər verir ki, dəyişikliyə görə, prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz olunan və hadisə yerinə operativ çıxışı təmin edən nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir.

Bu addım prokurorluğun təxirəsalınmaz prosessual və əməliyyat-axtarış tədbirlərini daha çevik həyata keçirməsinə şərait yaradacaq. Həmçinin həmin nəqliyyat vasitələri xüsusi işıq və səs siqnallarından istifadə edə biləcək, bu da yol hərəkətində üstünlük verərək hadisələrə daha sürətli reaksiya imkanı yaradacaq.

Dəyişiklik hüquq-mühafizə orqanları arasında koordinasiyanı gücləndirməyi və cinayətlərin açılmasına operativ təsiri artırmağı hədəfləyir. Qanun layihəsi səsvermə ilə birinci oxunuşda qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
3
konkret.az

4Sources