Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları sərtləşdirən dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur. Bu maddəyə görə, terror təşkilatı yaratma və ya ona rəhbərlik etmə 10–14 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Terror təşkilatında iştirak və ya üzvlük isə 7–12 il həbs cəzası ilə nəzərdə tutulur.
Eyni zamanda, bəzi hallarda könüllü xəbərdarlıq və ya hüquq-mühafizə orqanlarına yardım edən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi də nəzərdə tutulur.
Bundan başqa, Cinayət Məcəlləsinin 282-ci maddəsinə dəyişiklik edilərək təxribat anlayışı genişləndirilir. Buraya kritik infrastruktur (enerji, nəqliyyat, telekommunikasiya), elmi-texniki potensial və informasiya sistemləri də əlavə olunur, həmçinin süni intellektdən istifadə halları ağırlaşdırıcı faktor kimi daxil edilir.
Layihə səsvermədən sonra birinci oxunuşda qəbul edilib.
Əli Hüseynov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.