EN

Aleksey İsayevin Zirə yə qarşı oynayıb oynamayacağı matç günü bəlli olacaq

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Sabah"ın futbolçusu Aleksey İsyaevin zədəsi ciddi deyil.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı klubundan bildirilib.

Futbolçunun XXVII turda keçiriləcək "Zirə" ilə görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək:

"Alekseyin zədəsi ciddi deyil. Növbəti oyunda şans qazanıb-qazanmayacağı dəqiq bilinmir. Çox güman, bu məsələyə oyun günü aydınlıq gələcək".

Qeyd edək ki, Aleksey İsayev Misli Premyer Liqasının XXVI turunda "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəldikləri matçda zədələnmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
2
cebheinfo.az

3Sources