EN

Odda yanmaz, suda batmaz makler evləri: Niyə günbəgün artır?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Son illər Azərbaycanda, xüsusilə paytaxt və ətraf ərazilərdə “makler evləri”nin sayı sürətlə artmaqdadır. 

Əvvəllər daha çox qeyri-rəsmi şəkildə satılan bu tikililər indi “paket kupça” və digər sənədlərlə birlikdə alıcılara təqdim olunur. 

Bu isə bir tərəfdən vətəndaşlarda müəyyən güvən yaratsa da, digər tərəfdən ciddi suallar doğurur. 

Bu evlərin tikintisi hansı qaydalar əsasında aparılır, onların keyfiyyətinə və təhlükəsizliyinə kim nəzarət edir? 

Ən əsası isə, istismara verilən bu tikililər doğrudanmı bütün qanuni tələblərə cavab verir?

Azərbaycan Rieltorlar Assosiasiyasının direktoru, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki,  makler evləri" anlayışı cəmiyyyətdə geniş yayılıb. Bu evlərin çoxu qanunsuz tikilən evlər kimi bilinir. 

“Bəzən maklerlər “paket kupça”lı evlər də təklif edirlər və bu evlərin tam sənədləri qaydasındadır. Maklerlərin təklif etdiyi bütün evlər qanunsuzdur deyə bilmərik. 

“Paket kupça” nə deməkdir? 

Yəni bu evin torpağı özəl olub, yaşayış məntəqələrinə uyğundur, tam qanunvericiliyə uyğun olan torpağın üzərində layihə sənədləri hazırlanıb və həmin layihə sənədlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ev tikilib. Evin tikintisi başa çatdıqdan sonra isə fərdi evə də kupça verilib.

Son illər ərzində daşınmaz əmlakın kəskin bahalaşması nəticəsində qanunsuz evlərin dövriyyəsi çoxalıb. Buna əsas səbəb isə vətəndaşların alıcılıq qabiliyyyətidir. Bundan sui istifadə edən şəxslər var. 

Ola bilər ki, bu şəxslər maklerlərdən əlavə digər şəxslərdir. Belə ki, bu şəxslər belə uyğun olmayan torpaqlarda, hər hansı bir texniki normativ sənədlərə uyğun olmayan şəkildə qanunsuz evləri tikirlər və dövriyyəyə çıxarırlar. Vətəndaşların da alıcılıq qabiliyyəti aşağı olduğu üçün bu kimi evləri kütləvi şəkildə alırlar. 

Təəssüflər olsun ki, bu kimi evlərin ikildiyi elə ərazilər var ki, ora nəzarət etmək olmur. Hər hansı hasarın içərisində hansısa əmlak ərsəyə gəlirsə bunu daimi izləmək mümkün deyil”. 

Ekspert qeyd edir ki, qanunsuz tikilən əmlakı tikən şəxslə yanaşı, həmin əmlakı alan şəxs də qanun pozuntusuna yol verir.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

makler evləri Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
cebheinfo.az

2Sources