ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ölkə kuboku, yarımfinal, ilk oyunTuran Tovuz – Zirə 0:2 (0:0)Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (17. Rəhim Sadıxov, 28), 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 73), 23. Alexandro Serrano, 90. Joarlem Batista, 15. Emmanuel Hakman, 32. Hayderson Urtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 73), 9. Coş Cinnelli (99. İbrahima Vaci, 59), 2. Mark Rene Mampassi (5. Roderik Miller, 59).Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 8. David Tavareş.Məşqçi: Yunis Hüseynov.Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev (93. Brahim Konate, 67), 32. Qismət Alıyev (k), 26. Stefan Aka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov (11. Junior Martins, 73), 30. Rikardo Martins, 20. İssa Cibrila (5. Ange Mutsinzi, 67), 17. Ayron Qomis (28. Leroy Mikels, 81), 22. Ərən Aydın (8. İsmayıl İbrahimli, 81).Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 10. Georgi Papunaşvili.Baş məşqçi: Rəşad Sadıqov. Qollar: Ə.Aydın, 55 (0:1). L.Mikels, 89 (0:2).Vərəqələr: R.Renato, 23 (qeyri-idman hərəkəti). Ə.Aydın, 81 (oyunun bərpasının ləngidilməsi). T.Silva, 90+1 (oyunun bərpasının ləngidilməsi) – sarı.Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev (hamısı Bakı).VAR hakimi: Cavid Cəlilov (Bakı).VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).Hakim-inspektor: Babək Quliyev (Bakı).AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).3 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 400 tamaşaçı.Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.Premyer-liqadakı duruma əsasən “Turan Tovuz” qismən cütün favoriti sayılırdı. Ən azı “bozqurd”un ilk oyunda “Zirə”yə uduzacağı proqnozlaşdırılmırdı. Ancaq “qartallar” təəccübləndirməyi bacardı. Düzdü, oyun ətrafında çoxlu söz-söhbət var. Müxtəlif iddialar, xüsusən, tovuzluların İdarə Heyətinin sədri Ehtiram Quliyevin sensasiyalı açıqlamaları bir neçə gündü gündəmi zəbt edib. Ancaq qəsəbə təmsilçisinin daha inamlı göründüyünü, üstün oyun sərgilədiyini vurğulamasaq, olmaz. O başqa məsələ ki, ilk təhlükəli vəziyyəti nominal meydan sahibləri yaratdı. Urtadonun Xorxenin cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurmaq istəyi Tyaqonun “kürə”yə rəqibdən əvvəl sahib çıxmasıyla nəticələndi. Samok da oxşar sınaqdan üzüağ çıxdı. Rusiyalı topu Qismətin ötürməsini qəbul etməyə cəhd göstərən Volkovdan “oğurladı”. Bir qədər sonra Urtado növbəti şansı boşa verdi. Kolumbiyalı bu dəfə Xorxenin ötürməsini qəbul edə bilsə də, qeyri-dəqiqlik üzündən fürsəti puç etdi. 14-cü dəqiqədə Mampassi komandasını üzdü: top müdafiəçinin zərbəsindən sonra dirəyin yanından şütüdü. Sanki “Turan Tovuz”un barıtı bununla da tükəndi. İş ondadı ki, növbəti hücumlarını reallaşdıran “Zirə” də uğursuz oldu. Volkov Samokla bacarmadısa, Renato ilə Anatolinin zərbələrində dəqiqlik çatmadı. Bu ərəfədə “bozqurd” yalnız Olabe sayəsində sevinə bilərdi ki, ispaniyalı qeyri-dəqiq oynadı. 36-cı dəqiqədə mübahisə doğuran anlar yaşandı. Belə ki, Renato cərimə meydançasında ehtiyatsız davrandı, top uğrunda mübarizə zamanı qolunu Xorxe Silvanın üzünə çırpdı. Başverənləri VAR-da incələyən Əliyar Ağayev “nöqtə”ni göstərməyə ehtiyac duymadı. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti qəsəbə təmsilçisi yaratdı. Anatoli komandasının fasiləyə hesabda öndə yollanmasını təmin edə bilərdi. Ancaq Volkovun daban ötürməsindən sonra Samokla təkbətək mübarizəyə qoşulan hücumçu qapıçıya uduzdu.İkinci yarı Ərənin canfəşanlığıyla başladı. Türkiyəli ilk cəhddə qeyri-dəqiq zərbə ilə yadda qalsa da, 55-ci dəqiqədə qapıya yol tapdı. Hücumçu Cibrillanın qısa ötürməsini qüvvətli zərbəylə qola çevirdi. Bundan sonra “bozqurd”un ardıcıl hücumlarını izləsək də, nə Batista, nə də Serrano dəqiq oynadı. 70-ci dəqiqədə növbəti mübahisəli qərar verildi. Qismət cərimə meydançasının xətti üzərində oyun günü 34 yaşını tamamlayan Millerin ayağını tapdalasa da, Əliyar Ağayev yenə penalti təyin etmədi. Vaci və Batistanın qeyri-dəqiq zərbələrindən sonra Ərən dubl edə bilərdi. Ancaq Samokun ayıq-sayığlığı rəqibi üzdü. Vaci, Silva, Urtado və Hakman da qeyri-dəqiq oynadığından yekun hesabı müəyyənləşdirmək Mikelsin payına düşdü. Enrike Silvanın yanlış ötürməsi üzündən topu ələ keçirən Rikardo dərhal hücuma keçdi. Belədə cərimə meydançasına çatan mozambiklinin qapıya paralel ötürməsini tora qovuşdurmaq Leroy üçün çətin olmadı.Beləliklə, “Zirə” cavab oyunu ərəfəsində ciddi üstünlük qazandı. Yunis Hüseynov demişkən, “Turan Tovuz” aprelin 22-də keçiriləcək səfər matçında tam fərqli oynamağa məcburdu.Gözdən qaçmadı// 23-cü dəqiqədə Rəşad Sadıqov, 79-cu dəqiqədə isə “Turan Tovuz”un məşqçisi Aleksandr Karnilov hakimin qərarına etiraz etdiyinə görə sarı vərəyə aldı.// “Zirə”nin “Qartal” fanklubu stadionda idi. Fanklubun bir ayağı gipsdə olan üzvü də komandanı çətin səfər matçında tək qoymaq istəməmiş, əsa ilə tribunaya gəlmişdi. “Ultras Tovuz” fanklubu isə oyun ərzində tütək, balaban və müxtəlif şüarlarla komandaya dəstək göstərdi.// “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev bu oyun üçün cəzalıydı. O, matçı media sektorundan izlədi. Matç zamanı azyaşlı futbolsevərlərdən biri mütəxəssisə yaxınlaşaraq görüşdü və qucaqladı.KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.