Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Azərbaycanla Belarus arasında arasında sürücülük vəsiqələrinin tanınması etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Belə bir mexanizmin tətbiqi o deməkdir ki, tərəflər bir-birinin standartlarını və qanunvericilik normalarını qəbul edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elçin Mirzəbəyli bildirdi.
Onun sözlərinə görə, “Səlahiyyətli İqtisadi Operator” layihəsi və digər təşəbbüslər ikitərəfli əməkdaşlığa müsbət təsir göstərəcək:
"Bildiyimiz kimi, Azərbaycan artıq regionun mühüm nəqliyyat və tranzit mərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün əlverişli nəqliyyat əlaqələrinin genişləndirilməsi əsas hədəflərdən biridir. Bu baxımdan, təqdim olunan layihə hər bir vətəndaşın rifahına və sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir göstərərək iqtisadi əlaqələrin də intensivləşməsinə xidmət edəcək. Eyni zamanda qeyd etməliyəm ki, bu növ sənədlər dövlətlərarası münasibətlərin dayanıqlığını təmin edən mühüm elementlərdən biridir. Çünki əməkdaşlıq nə qədər konkret və praktik sahələrdə qurularsa, onun dayanıqlılığı da bir o qədər yüksək olar".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.