EN

10 ildə 6 milyondan çox insan imtahanlardan keçib

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib".

Modern.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib.

"Bu, sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır. DİM artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxıb. Biz ədalət infrastrukturunun mühüm elementinə çevrilmişik.

Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırmışıq. 

Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
4
modern.az

6Sources