EN

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.

AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, hazırda imtahan protokollarının və cavab vərəqlərinin emalı prosesi davam edir. Yazılı tapşırıqların yoxlanılması vaxt apardığı üçün nəticələrin elan olunması aprel ayının son həftəsinə planlaşdırılır.

Qeyd edək ki, həmin gün keçirilən imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahan qaydalarını pozan və üzərində mobil telefon aşkar edilən 9 nəfər imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.

Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri ali məktəblərə qəbul zamanı müsabiqədə iştirak üçün əsas göstəricilərdən biri hesab olunur.

Chosen
37
12
afn.az

10Sources