EN

Azərbaycan Beynəlxalq Riyaziyyat Olimpiadasında təmsil olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 10 aprel, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın Aşqabad şəhərinə səfər edib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib.

Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələr və guşələrlə tanış olub.

Olimpiadanın açılış mərasimində çıxış edən nazir müavini Azərbaycan ilə Türkmənistan arasında dostluq münasibətləri, elm və təhsil sahəsində əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb. Firudin Qurbanov şagirdlərin inkişafında intellektual oyunların və bilik yarışmalarının rolunu xüsusi vurğulayıb. Nazir müavini olimpiada iştirakçılarına tövsiyələrini çatdırıb.

Nazir müavini, həmçinin Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə görüşüb, universitetin muzeyini, dahi mütəfəkkir və şair Məhtimqulu Fəraqiyə həsr olunmuş guşəni ziyarət edib.

Qeyd edək ki, 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində Məhtimqulu adına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə keçirilmiş görüşdə Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov da iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
10
azertag.az

10Sources