EN

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana səfər ediblər

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana səfər ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində 10-12 aprel tarixlərində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

“Sülh Körpüsü” təşəbbüsü Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Bu münasibətlə Ermənistan nümayəndə heyəti bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarına əməl edərək rəsmi olaraq müəyyən edilmiş və demarkasiya olunmuş hissəni keçərək Azərbaycana quru sərhədi vasitəsilə səfər edib”, - deyə vurğulanıb.

Xatırladaq ki, bundan öncə fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana gəliblər.

Daşqın HəsənovMissiya.Az

Chosen
12
missiya.az

1Sources