EN

TDT ölkələrinin imtahan mərkəzlərinin arasında Niyyət Protokolu imzalanıb

Bakı.Trend:

Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş“Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”mövzusunda beynəlxalq elmi-praktik konfransda Türk DövlətləriTəşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildəqiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığıngücləndirilməsi haqqında Niyyət Protokolu imzalanıb.

Trend xəbərverir ki, Niyyət Protokolu Dövlət İmtahan Mərkəzi, QazaxıstanRespublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Milli TestMərkəzi, Qırğız Respublikasının Təhsil Nazirliyi yanında TəhsilinKeyfiyyətinin İnkişafı Departamenti, Türkiyə Respublikasının Ölçmə,Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistan Respublikasının AliTəhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik vəBacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.

Protokol türk dövlətləri arasında təhsildə qiymətləndirilmə vəimtahan sahəsində uzunmüddətli institusional əməkdaşlığıngücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması üzrəortaq niyyəti əks etdirir.

Protokol çərçivəsində tərəflər birgə tədbirlər, potensialıngücləndirilməsi təşəbbüsləri və bilik mübadiləsi platformalarıvasitəsilə qiymətləndirmə və dəyərləndirmə sahəsində peşəkardialoqun və təcrübə mübadiləsinin təşviq edilməsi, imtahansistemlərinin rəqəmsal transformasiyası və müasir qiymətləndirməplatformalarının inkişafı sahəsində əməkdaşlıq imkanlarınınaraşdırılması, test tapşırıqlarının hazırlanması, imtahanlarıntəşkili və nəticələrin qiymətləndirilməsi proseslərində süniintellekt və digər müasir texnologiyaların tətbiqi də daxil olmaqlainnovativ metodologiyalar üzrə təcrübə və tədqiqat nəticələrininmübadiləsi, elmi əsaslara və beynəlxalq təcrübəyə əsaslananetibarlı dil qiymətləndirmə alətlərinin hazırlanması və geniştətbiqi istiqamətində əməkdaşlıq edərək türk dillərinin təşviqi vətanınmasının dəstəklənməsi və s. istiqamətlərdə əməkdaşlıqedəcəklər.

Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minir və beş (5)il müddətində qüvvədə qalacaq.

Chosen
19
8
az.trend.az

10Sources