EN

Azərbaycanla çox yüksək səviyyəli əməkdaşlıq mərhələsindəyik - BMT nümayəndəsi (MÜSAHİBƏ)

Bakı. Trend:

BMT hazırda Azərbaycanla çox yüksək səviyyəli əməkdaşlıqmərhələsindədir.

Bunu Trend-əmüsahibəsində BMT-nin Azərbaycandakı müvəqqətirezident-əlaqələndiricisi İqor Qarafuliç deyib.

O xatırladıb ki, BMT üzv ölkələrlə beşillik müddəti əhatə edənsazişlər imzalayır: "Keçən ilin oktyabr ayında 2026–2030-cu illəriəhatə edən yeni əməkdaşlıq çərçivəsini imzaladıq və bu sənədAzərbaycanın bütün prioritetlərini əhatə edir.

Bu prioritetlər arasında ətraf mühit və şəhərsalma sahələrixüsusi yer tutur. Bizim tərəfimizdən deyə bilərəm ki, hökumətlə çoxaxıcı və yaxşı bir kommunikasiya mövcuddur.

Biz artıq 33 ildən çoxdur ki, buradayıq və bu müddət ərzində birçox əməkdaşlıq çərçivələrimiz olub. Bu yeni çərçivədə prioritetlərdaha dəqiq və daha fokuslanmış şəkildə müəyyən edilib. Azərbaycanhökumətiniz xüsusilə bildirib ki, BMT ilə əsas əməkdaşlıq sahəsiətraf mühit olmalıdır. Buna görə də ətraf mühit sahəsində fəaliyyətgöstərən bütün agentliklərimiz — FAO, BMT-nin Ətraf Mühit Proqramıvə digərləri — Ekologiya və İqtisadiyyat nazirliklərinin müəyyənetdiyi prioritetlər üzrə işləyir.
Ümumilikdə, bir cümlə ilə desək, proses çox yaxşısinxronlaşdırılıb. Biz Azərbaycanın nə istədiyini bilirik və busahələrdə ona dəstək verməkdən məmnunuq".

O vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin çox yaxşıüzvüdür: "Ölkə əldə etdiyi irəliləyişləri göstərmək üçün hər ilkönüllü hesabatlar təqdim edir. Bu çox müsbət haldır, çünki digərölkələr Azərbaycanın təcrübəsindən öyrənə bilir. Eyni zamandaAzərbaycan da digər ölkələrin təcrübəsindən faydalanır. Bu, BMT-ninmahiyyətidir — biz yalnız resurslar və maliyyə üzərindən deyil, həmdə inkişaf təcrübələrinin paylaşılması üzərindən işləyirik. Ölkələrbir-birindən öyrənir və bu mənada Azərbaycan həm töhfə verir, həmdə öyrənir".

İ. Qarafuliç eyni zamanda Azərbaycanın WUF13-ə ev sahibliyietməsindən də danışıb: "Mən əminəm ki, may ayında AzərbaycanınBMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi etməsi ilə çox uğurlu tədbir baş tutacaq. AzərbaycanCOP29 təcrübəsində də çox yaxşı iş gördü və bu təcrübə indi dətətbiq olunur. Buna görə heç bir şübhəm yoxdur ki, hər şey uğurlabaşa çatacaq.

Mən şəxsən hər iki həftədən bir UN-Habitat və digər BMTqurumlarının nümayəndələri ilə görüşürəm və hazırlıq prosesiniizləyirəm. Olimpiya Stadionu, pavilyonların tikintisi və ümumihazırlıq prosesini də görürəm. Hər şeyin vaxtında hazır olacağınaəminəm.

Bizim tərəfimizdən isə ən yüksək səviyyədə iştirak olacaq.UN-Habitat-ın icraçı direktoru, BMT baş katibinin müavini ƏminəCeyn Məhəmməd və digər yüksək vəzifəli BMT rəsmiləri forumdaiştirak edəcəklər. Həmçinin müxtəlif BMT ofislərindən çoxlu yüksəksəviyyəli nümayəndələr gələcək.

Biz həm də dövlət başçıları və dəvət olunan nazirlərləgörüşməkdən məmnunuq. Bu, dünya üçün mühüm bir toplantı olacaq.
Müqavilələr və memorandumlarla bağlı isə, hər agentliyin ayrı-ayrınazirliklərlə iş planları var. Amma BMT olaraq əməkdaşlıq çərçivəsibizə ümumi bir “çətir” rolunu oynayır və bütün sahələrdəfəaliyyətimizi koordinasiya etməyə imkan verir. Biz artıq həminrazılaşma əsasında işləməyə səlahiyyətləyik".

Məqalədə:
Chosen
35
az.trend.az

1Sources