EN

“Vedomosti”: General Şuvaev Belqorod vilayətinə rəhbərlik edə bilər

Vyaçeslav Qladkovun istefası halında İrkutsk vilayətinin qubernator müavini, general-mayor Aleksandr Şuvaev Belqorod vilayətinin rəhbəri vəzifəsinə əsas namizəd kimi nəzərdən keçirilir.

Herbiand.az bildirir ki, bu barədə "Vedomosti"yə prezident administrasiyasına yaxın iki mənbə məlumat verib. Onlar məsələnin nəzərdən keçirildiyini təsdiqləyiblər.

Aleksandr Şuvaev əslən Belqorod vilayətinin Novı Oskol şəhərindəndir və Ryazan Hava-desant qüvvələri institutunun məzunudur. O, Şimali Qafqazda döyüş əməliyyatlarında, 2008-ci il Rusiya-Gürcüstan münaqişəsində, Suriyadakı əməliyyatda və Ukraynadakı hərbi əməliyyatda iştirak edib. Bu ilin yanvar ayında İrkutsk vilayəti hökumətinin qubernator müavini təyin edilib və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrə nəzarət edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
35
herbiand.az

1Sources