EN

Emin Əmrullayev: İmtahan sualları çaşdırmaq yox, ölçmək üçün hazırlanmalıdır

BAKI, 10 aprel. TELEQRAF

“Azərbaycanda mütəxəssislər suallar hazırlayarkən qarşı tərəfi çaşdırmağa çalışır, nəinki onu ölçmək. Bu, dəyişməlidir. Biz bunu Müəllimlərin İşə Qəbul imtahanlarında da müşahidə edirik”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Bu, çox vacib məsələdir və problem qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan yanaşmanın dəyişməsini tələb edir.

Zəkanın ölçülməsi vacibdir. İnanıram ki, imtahanlarda bu dəyişikliklər həyata keçirilməlidir”, – nazir qeyd edib.

Chosen
7
teleqraf.com

1Sources