EN

Zelenskidən Putinin atəşkəs qərarına reaksiya - bu bir fürsət ola bilər…



Zelenski Putinin Pasxa bayramı ilə əlaqədar aprelin 11-də yerli vaxtla saat 16:00-dan aprelin 12-si günün sonuna qədər Ukraynada atəşkəs qərarına münasibət bildirib.

Pasxa bayramı ərəfəsində ilk olaraq onların Rusiyaya atəşkəs təklif etdiklərini xatırladan Zelenski bildirib ki, Ukrayna dəfələrlə qarşılıqlı addımlar atmağa hazır olduğunu açıqlayıb: “Bu il biz Pasxa bayramı üçün atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik".

Zelenski qeyd edib ki, bu atəşkəs qarşıdurmaların qarşısını almaq üçün bir fürsət ola bilər: "İnsanların təhdidlərdən azad, sülhə doğru real irəliləyişin olduğu Pasxaya ehtiyacı var və Rusiyanın Pasxadan sonra hücumlara qayıtmamaq şansı var".

Tahir TAĞIYEV

Chosen
28
baki-xeber.com

1Sources