EN

Su kəməri partladı - Bu rayonda su olmayacaq

Kürdəmir rayonu ərazisində, Ağsu-Bəhrəmtəpə magistral yolunun 30-cu kilometrliyində diametri 500 mm olan Külüllü-Kürdəmir içməli su xəttində qəza baş verib. 

Bu barədə “Yeni Sabah”a Regional Su Meliorasiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, qəzanın aradan qaldırılması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq rayon üzrə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. 

Təmir işləri yekunlaşdıqdan sonra gün ərzində içməli suyun verilməsi bərpa ediləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
11
2
yenisabah.az

3Sources