EN

Zəfərin işığında qurulan təhsil - Zabux kəndində yeni məktəb

İşğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam edir.


Manset.az xəbər verir ki, Laçın rayonunun Zabux kəndində yerləşən Ədalət Məmmədov adına tam orta ümumtəhsil məktəbi 2023-cü ildə şagirdlərin ixtiyarına verilib. Məktəb bölgədə təhsil həyatına mühüm töhfə verir.

Təhsil ocağının ümumi şagird tutumu 176 nəfərdir. Hazırda burada 101 şagird təhsil alır. Onlardan 14 nəfər məktəbəhazırlıq qrupunda, 30 nəfər I–IV, 45 nəfər V–IX, 12 nəfər isə X–XI siniflərdə oxuyur. Bu rəqəmlər bölgəyə qayıdan ailələrin sayının artdığını və təhsil mühitinin sürətlə formalaşdığını göstərir.

Məktəbdə tədris prosesi 18 müəllim tərəfindən həyata keçirilir. Bununla yanaşı, 9 nəfər texniki işçi məktəbin gündəlik fəaliyyətinin təmin olunmasında mühüm rol oynayır.

Texniki infrastruktur baxımından məktəbdə 1 İKT kabineti, 1 laboratoriya və 1 kitabxana fəaliyyət göstərir. Məktəbdə idman zalı açıq hava şəraitində təşkil olunub ki, bu da şagirdlərin fiziki inkişafına şərait yaradır.

Zabux kəndində fəaliyyət göstərən bu təhsil müəssisəsi işğaldan azad olunmuş ərazilərdə sosial həyatın bərpasının mühüm göstəricilərindən biridir. Müasir və təhlükəsiz şəraitdə təhsil alan şagirdlər gələcəkdə ölkənin inkişafında fəal rol oynayacaq savadlı və vətənpərvər gənclər kimi yetişəcəklər.

Chosen
1
7
manset.az

9Sources