EN

Bakıda imtahan sistemləri üzrə yeni protokol imzalanıb

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokolu imzalanıb.

SÉ™nÉ™d Bakıda keçirilÉ™n vÉ™ DövlÉ™t İmtahan MÉ™rkÉ™zinin 10 illik yubileyinÉ™ hÉ™sr olunmuÅŸ “QiymÉ™tlÉ™ndirmÉ™ sistemlÉ™ri: Etimad, Şəffaflıq vÉ™ İnnovasiya” mövzusunda beynÉ™lxalq konfrans çərçivÉ™sindÉ™ qÉ™bul edilib.

Aprelin 9–11-dÉ™ keçirilÉ™n tÉ™dbirdÉ™ TürkiyÉ™, Qazaxıstan, Qırğızıstan, ÖzbÉ™kistan, Tacikistan, Misir, CÉ™nubi Afrika Respublikası vÉ™ Keniyadan nümayÉ™ndÉ™lÉ™r, elÉ™cÉ™ dÉ™ beynÉ™lxalq təşkilatların tÉ™msilçilÉ™ri iÅŸtirak edir.

Protokol Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın müvafiq imtahan və qiymətləndirmə qurumları arasında imzalanıb və uzunmüddətli institusional əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər birgə tədbirlərin təşkili, bilik və təcrübə mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, eləcə də süni intellekt və digər müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Bundan əlavə, protokol çərçivəsində dil qiymətləndirmə alətlərinin hazırlanması və türk dillərinin təşviqi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Sənəd imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.

Gülnar Nazimqızı 

Chosen
25
anews.az

1Sources