EN

Millimizin üzvü "Gürcüstan yığması səhvlərimizi bağışlamadı"

“Yaxşı oynadıq".

Apasport.az xəbər verir ki, bu sözləri yığma komandamızın üzvü Nihad İsmayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, Gürcüstan seçməsinə qarşı keçirdikləri yoldaşlıq görüşü (2:4) ilə bağlı fikirlərini bölüşüb:

“Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb edilən gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir”.

İsmayılov bu rəqiblə yenidən üz-üzə gələcəklərini xatırladıb:“Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna yaxşı tərəfdən seçilir komandamız. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.

Qeyd edək ki, yığmamız aprelin 11-də yenidən Gürcüstanla, 13 və 15-də isə Aktauda Qazaxıstan millisi ilə qarşılaşacaq.

Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşəcək

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Avropa çempionatında iştirak edəcək

Azərbaycan kuboku: 1/8 final mərhələsinin təyinatları açıqlanıb

Azərbaycan parabadmintonçuları dünya çempionatında mübarizə aparacaqlar

Chosen
1
10
apasport.az

10Sources