Bakı.Trend:
Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlininqanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş materialəsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla Nəsir Nəsirlinin qeyd edilənvəzifədə işləyərkən 2020-2024-cü illər ərzində bələdiyyəmülkiyyətində olan ümumilikdə 13 ha torpaq sahəsinin qüvvədə olanqanunvericilik aktlarının tələblərinə əsasən məcburiqiymətləndirilməklə orta bazar qiymətindən az olmamaq şərti iləsatmalı olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsivə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə həmintələblərə zidd olaraq dəyərindən aşağı satılması nəticəsindəbələdiyyəyə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyənedilib.
Toplanmış sübutlar əsasında Nəsir Nəsirliyə AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olanvəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifəsaxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsindəpolisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkantədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron RayonMəhkəməsinə göndərilib.