EN

Bakıda beynəlxalq elmi-praktik konfrans keçirilir

BAKI, 10 aprel. TELEQRAF

Bu gün Bakıda Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransın rəsmi açılış mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eyni zamanda müvafiq istiqamətlər üzrə aktual məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.

Konfransın işində Azərbaycanla birgə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eləcə də müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.

Chosen
23
1
teleqraf.com

2Sources