EN

Macarıstandan məlumat daxil oldu Kiberdələduzluq ifşa edildi

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən (NCSC Hungary) daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) Rəqəmsal Təhqiqat Mərkəzi geniş araşdırma aparıb. 

Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, təqdim edilmiş texniki göstəricilərin (URL və IP ünvanlar) təhlili nəticəsində hadisənin mənbəyi və xarakteri müəyyənləşdirilib.

Araşdırma zamanı məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər. Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub.

Elektron Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.

Hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha informasiya sistemləri və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
8
qafqazinfo.az

10Sources