EN

"Arsenal" Mikel Arteta ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb

İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzatmaq istəyir.

"Report" BBC-yə istinadən xəbər verir ki, tərəflər artıq yeni sözləşmə üçün ilkin danışıqlara start veriblər.

Proses müsbət istiqamətdə davam edir. London təmsilçisinin rəhbərliyi 44 yaşlı mütəxəssisin işindən razıdır.

Xatırladaq ki, Mikel Artetanın hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. 2019-cu ildən "topçular"da işləyən ispaniyalı mütəxəssis debüt mövsümündə İngiltərə Kubokunu qazanıb. O, 2020 və 2023-cü ildə İngiltərə Superkubokuna da sahib çıxıb.

Chosen
25
1
far.az

2Sources