EN

Slovakiya ombudsmanı Bakıda miqrantların saxlanma şəraiti ilə tanış olub

Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində olub.

Bu barədə "Far.Az"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, səfər zamanı qonaqları Azərbaycanın Oombudsman Aparatının əməkdaşları müşayiət ediblər.

DMX-nin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qonaqlara müvəqqəti yerləşdirmə mərkəzlərinin müasir standartlara uyğun qurulmuş fəaliyyəti, mərkəzlərdə yerləşdirilən şəxslərin hüquq və vəzifələri, onların yerləşdirilməsi və saxlanılması qaydaları, müvafiq prosedurlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində qonaqlar miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, saxlanma şəraiti, yaşayış binaları və tibb otaqları, görüş və istirahət sahələri, həmçinin yeməkxana ilə tanış olublar. Səfər zamanı nümayəndə heyəti mərkəzdə yerləşdirilən şəxslərlə də görüşüb.

Chosen
2
1
far.az

4Sources