EN

Rus ordusu bu tarixə kimi Donetski tam işğal edə biləcək?

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya qüvvələri 2026-cı ilin sonuna qədər Donetsk vilayətinin bütün ərazisini ələ keçirmək planını həyata keçirə bilməyəcək.

Axar.az xəbər verir ki, bu fikri ukraynalı hərbi-siyasi icmalçı Aleksandr Kovalenko bildirib.

O qeyd edib ki, söhbət 5300 kvadrat kilometr ərazidən gedir. Bundan əlavə, Slavyansk–Kramatorsk plasdarmı cəbhənin ən möhkəmləndirilmiş sahəsidir:

“Əgər biz Xarkov, Dnepropetrovsk və ya Zaporojye vilayətləri ilə, yaxud Ukraynanın şimalı – Çerniqov və Kiyev vilayətləri ilə müqayisə etsək, Slavyansk–Kramatorsk plasdarmı müdafiə xətləri və müqavimət mövqeləri baxımından ən çox gücləndirilmiş istiqamətdir”.

Ekspertin sözlərinə görə, əgər düşmən Slavyansk və ya Kramatorsk şəhərlərinin kənarına çıxmağı bacarsa, daha böyük problemlə üzləşəcək. Çünki bu şəhərlər əsl istehkam şəhərləri hesab olunur:

“Pokrovsk–Mirnoqrad aqqlomerasiyası, yaxud Konstantinovka, Avdeyevka, Baxmut – bunların heç biri Slavyansk və Kramatorskun döyüş potensialı ilə müqayisə oluna bilməz. Bəlkə bu bir qədər sərt səslənir, amma hər bir kənd, hər bir şəhər, hər bir yaşayış məntəqəsi hazırda yalnız düşməni dayandırmaq yox, onu tükəndirmək baxımından çox vacib rol oynayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
axar.az

1Sources