Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında “Rayo Valyekano” öz meydanında AEK-lə üz-üzə gəlib.
Görüş La Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər qarşılaşmalarda isə “Kristal Pelas” “Fiorentina”nı, “Şaxtyor” “Alkmaar”ı, “Maynts” “Strazburq”u məğlub edib.
20:45. “Rayo Valyekano” – AEK – 3:0
23:00. “Maynts” – “Strazburq” – 2:0
23:00. “Kristal Pelas” – “Fiorentina” – 3:0
23:00. “Şaxtyor” – “Alkmaar” – 3:0.
Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 16-da yekun vurulacaq.