Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Amerikalıların 60%-i İsrailə qarşı neqativ baxışa malikdir və bu, dörd ildə xeyli artım deməkdir.
Moderator.az "Timesofisrael" nəşrinə istinadla xəbər verir ki, "Pew -Research Center" araşdırma mərkəzinin bu həftə açıqladığı yeni sorğuya görə, hər 10 amerikalıdan altısı İsrail son dərəcə və ya qismən mənfi münasibətə malikdir. Bu rəqəm 2022-ci ildən bəri 20 faiz artıb.
Respondentlərin təxminən yarısı İsrailə qarşı "son dərəcə mənfi" baxışa malik olduqlarını bildiriblər ki, bu nəticə də son 4 ildə 3 dəfə artıb. Sorğu ötən ayın sonlarında, ABŞ-İsrail müharibəsinin başlamasından bir neçə həftə sonra, 3500 ABŞ yetkinləri arasında aparılıb.
Nəticələr əvvəllər müəyyən edilmiş partiya ayrılığını da təsdiqləyir: Demokratların təxminən 80%-i İsrailə qarşı mənfi baxışa malikdir, respublikaçıların isə 40%-i.
50 yaşdan kiçik demokratların təxminən yarısı sözügedən ölkəyə qarşı "son dərəcə mənfi" baxışa malik olduqlarını bildiriblər. Bu, amerikalılar arasında İsrail əleyhinə artan əhval-ruhiyyəni və fələstinlilərə qarşı artan rəğbəti əks etdirir.
S.Laçın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.