EN

Almaniyada silahlı şəxs bankı ələ keçirdi

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağında odlu silahla silahlanmış şəxs "Sparkasse" bankının bölməsində barrikada qurub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazır.

Nəşrin məlumatına görə, hadisə Rommerskirxen icmasında baş verib. Silahlı şəxs bank filialına daxil olub. Cinayətkarın məqsədinin soyğunçuluq olduğu ehtimal edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək o, binanın daxilində qalıb. Hazırda bank polis tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb.

Girovların olması barədə məlumat hələlik təsdiqlənməyib. Hadisə yerinə xüsusi təyinatlılar və xilasedicilər cəlb olunur.(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
2
olke.az

3Sources