EN

Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT

Elektron siqaretlərin ağciyərlərə, eləcə də məhsuldarlığa və genetik quruluşa daimi zərər verə biləcəyi barədə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, türkiyəli həkim Pınar Pazarlı Bostan xüsusilə hamiləlik dövründə məruz qalmanın körpənin inkişafına təsir göstərə biləcəyini və bu təsirin gələcək nəsillərə ötürülə biləcəyini bildirib.

Bostan elektron siqaretlərin təkcə ağciyərlərə deyil, həm də məhsuldarlığa və genetik quruluşa zərər verdiyini bildirib. İstifadənin kəskin DNT zədələnməsinə və gələcək nəsillərə ötürülə biləcək daimi epigenetik dəyişikliklərə səbəb ola bilər.

O, xüsusilə, yeniyetmələr və gənclər arasında elektron siqaret istifadəsinin artdığını qeyd edərək, bu məhsulların ağciyərlərin qoruyucu quruluşunu zəiflətdiyini və sperma keyfiyyətinə və reproduktiv sağlamlığa mənfi təsir göstərdiyini bildirib.

Ana bətnində elektron siqaretlərə məruz qalan oğlan uşaqlarının sonrakı illərdə uşaq sahibi olma şansının azaldığı da qeyd edilib.

O, qadınlarda yumurtalıq funksiyasının pozula biləcəyini, estrogen ifrazının azala biləcəyini və embrionların uşaqlığa implantasiyası gecikə biləcəyini söyləyib.

Fidan
Milli.Az

Chosen
18
1
milli.az

10Sources