EN

“Bütün bazarın “otxod”u buradadır” – Kanalizasiya xəttini zibilliyə çevirənlərin ifşası – VİDEO

Kanalizasiyanın məişət tullantıları ilə yüklənməsi sistemin işində ciddi çətinliklər yaradır. Lakin problemin əsas səbəblərindən biri bazarlarda balıq, toyuq və meyvə-tərəvəz qalıqlarının birbaşa kanalizasiya xətlərinə atılmasıdır.

NOCOMMENT.az xəbər verir ki, məsuliyyətsiz yanaşma yalnız bazarlarla məhdudlaşmır. Bəzi vətəndaşların məişət tullantılarını kanalizasiyaya atması xətlərin tıxanmasına gətirib çıxarır.

Mövcud vəziyyətlə bağlı Xətai Rayon Sukanal İdarəsinin şöbə rəisi Əli Məhərrəmli bildirib ki, təmizlik işləri zamanı rast gəlinən mənzərə dəhşət doğurur:

“Biz tez-tez kanalizasiya baxış quyularına paltar, buşlat, uşaq bezləri və salfetlərin atıldığının şahidi oluruq. Hətta baxış quyularından inək kəlləsi, qəssablar tərəfindən kəsilib atılan heyvan dəriləri çıxarırıq. Bütün bunlar sistemin tamamilə sıradan çıxmasına və ciddi tıxanmalara yol açır. Vəziyyətin ciddiliyini nəzərə alaraq binaların giriş hissələrinə, bloklara xəbərdarlıq elanlarının yapışdırılmasını planlaşdırırıq. Məqsədimiz vətəndaşlara kanalizasiya sisteminə zibil qutusu kimi baxmamalı olduqlarını xatırlatmaqdır”./Baku TV/

Chosen
32
nocomment.az

1Sources