EN

Sabunçu-Zabrat şossesində sürücülərə TƏHLÜKƏVİDEO

Paytaxtın hərəkətli şosselərindən birində yaranan dərin çökmə sürücülər üçün real təhlükəyə çevrilib.

Xezerxeber.az xəbər verir ki, Sabunçu-Zabrat şossesindəki çökəklik xüsusən gecə saatlarında çətin seçildiyindən avtomobillər qəfil olaraq həmin hissəyə düşür. Bu isə həmin yolda avtomobillərin idarəetməsini çətinləşdirir, həm də qəza riskini artırır.

Sakinlərin sözlərinə görə, yoldakı bu problem bir müddətdir davam edir. Onlar bildirirlər ki, çökən yerin ətrafında hər hansı xəbərdaredici nişan və ya müvəqqəti tədbir də görülməyib. Bu isə sürücülərin gözlənilməz vəziyyətlə üzləşməsinə səbəb olur:

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Xəzər Xəbərə bildirildi ki, Sözügedən ərazidə yol örtüyündə deformasiyalar əmələ gəlib. Həmin hissənin təmiri tədbirlər planına daxil edilib. Hazırda bu istiqamətdə işlər tərtib olunmuş qrafikə uyğun olaraq davam etdirilir. Qrafika uyğun olaraq həmin ərazidə də işlər həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
32
1
xezerxeber.az

2Sources