Kəpəz (Gəncə) - Qəbələ 0:2 (0:0)
33. Yusif İmanov - 5,5
14. Adama Fofana – 5,5
29. Dioqo Verdaşka - 5,0
4. Mate Abuladze – 5,0
5. Rauf Hüseynli - 5,5
24. Olavale Onanuqa – 5,0
18. Mahamadu Ba – 5,5
(88. Şakir Seyidov, 60) - 5,0
11. Rəhman Hacıyev - 5,5
(17. Ümid Səmədov, 80) - qiymətsiz
77. Fərid Nəbiyev - 6,0
(21. Sadiq Şəfiyev, 80) - qiymətsiz
7. Ehtiram Şahverdiyev - 5,5
(6. Camal Cəfərov, 60) - 5,0
9. Luis Paçu - 5,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
66. Arzu Atakişiyev
99. Əli Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
97. Elxan Məmmədov
80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Fərid Nəbiyev
1. Səlahət Ağayev - 6,5
66. Nuğay Rəşidov - 5,5
(13. Nicat Əliyev, 54) - 5,5
28. Murad Musayev – 5,0
33. Seydina Keyta – 5,5
16. İsaak Amoah – 6,5
27. Eşqin Əhmədov - 6,0
8. Sambu Sissoko – 5,5
30. Prins Ovusu – 6,0
14. Domi Massumo – 6,0
30. Prins Ovusu – 6,5
50. Adriel Ba Loua – 5,5
(3. Eduardo Kunde, 83) - qiymətsiz
24. İsmael Akinade – 7,0
(12. İbrahim Sanqare, 86) - qiymətsiz
Ehtiyat oyunçular
93. Rza Cəfərov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
21. Ziya Şəkərxanov
22. Fərid İsgəndərov
Baş məşqçi: Kaxaber Sxadadze
Komandanın ən yaxşısı: İsmael Akinade
Qollar: İ.Akinade, 74 (0:1, İ.Amoah). D.Massumo, 90 (0:2, S.Keyta).
Vərəqələr: İ.Akinade, 47 (qeyri-idman hərəkəti). M.Ba, 52 (qeyri-idman hərəkəti). D.Verdaşka, 90+1 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Elvin Bayramov (Bakı).
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
5 aprel. Yevlax. Şəhər stadionu. 500 tamaşaçı (5000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
11-ci olmamaq uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilirdi. Hətta bəlkə bunu turun mərkəzi qarşılaşması da adlandıra bilərdik.
Diqqəti çəkən məqamlardan biri oyunu yenidən elitada hakimlik etmək üçün qaytarılan Vüqar Həsənlinin baş hakim kimi təyinat alması idi. Referi bu mövsüm debütündə də “Kəpəz”in oyununu idarə etmişdi. “Qarabağ”la səfər görüşündə gəncəlilər iki cavabsız topla qələbə qazanmışdı.
Oyun “Qəbələ”nin üstünlüyü ilə başladı. 3-cü dəqiqədə Ba Loua uzaqdan qapıya zərbə endirdi. Top Yusifin üzərinə gəldi, qapıçı səhvsiz oynadı. 7-ci dəqiqədə Akinade yüzdəyüz qol şansını elə özü qazandı. Cərimə meydançasında Verdaşka ilə çiyin-çiyin mübarizədən qalib ayrılan hücumçu Fofanadan da sıyrılıb qapıya zərbə endirdi. Lakin İmanov bu dəfə də inamlı oynadı. 15-ci dəqiqədə qonaqlar yenə hesabı açmağa yaxın oldu. Eşqin cinahda Rəhmanı keçib qapı qarşısına asma etdi. Adrielin başla zərbəsi “çərçivə”dən yan keçdi. Bir dəqiqə sonra “Kəpəz” ilk real qol şansını yaxaladı. Murad cərimə meydançasında ciddi səhvə yol verdi, Paçu ondan topu oğurladı. Onun ilk ötürməsini Amoah çıxardı. Hücumun ardında top yenidə Luisə qayıtdı. O, Ba ilə oynadı. Banın zərbəsinin qarşısına is Murad özünü “sipər etdi” və səhvini “sığortaladı”.
Oyunun ən yaxşılarından biri Ovusu idi. O, 23-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qala bilərdi. Onun ötürməsindən sonra Akinade qapıya zərbə endirdi, bu dəfə də Yusif düzgün mövqe seçmişdi, topu çıxara bildi. 27-ci dəqiqədə Ehtiramın uzaqdan qapıya zərbəsini Səlahət baxımlı seyvlə dəf etdi. 11 dəqiqə sonra Rəhman künc zərbəsindən topu birbaşa qapıya ünvanladı. Son milli toplanışa da çağrılan Ağayev topu çıxarmağı bacardı. İlk hissənin davamı bərabər səviyyədə keçdi, tərəflər qapılara yol tapa bilmədi. İkinci hissədə də komandalar qarşılıqlı hücumlarla yadda qaldı. 50-ci dəqiqədə isə Səlahət olduqca vacib seyv etdi. Raufun ötürməsindən sonra Ehtiram saxlamadan topu qapıya göndərdi, təcrübəli qapıçı imkan vermədi. “Qəbələ” bu dəqiqələrdə hücuma çıxsa da, təhlükəli vəziyyət yarada bilmirdi. Əvəzində 65-cı dəqiqədə Fəridin ötürməsindən sonra Rəhman uzaqdan qapıya yaxşı zərbə endirdi. Lakin bu dəfə də Səlahət keçilməz oldu. 70-ci dəqiqədə də kiper aktivinə növbəti qurtarış yazdırdı.
Dörd dəqiqə sonra “Qəbələ” hesabı açdı. Komanda müdafiədə olsa da, Amoahın bir ötürməsi Akinadeyə qol şansı yaratdı. O, Verdaşkanı da geridə qoyaraq qapıya zərbə endirdi və topu qapıdan keçirməyə nail oldu. Bu qol “Qəbələ”yə motivasiya verdi, dominantlığına gətirib çıxardı. 83-cü dəqiqədə 6-cı müdafiəçi də meydana çıxdı. Sxadadze Ba Loua ilə Kundeni əvəzlədi. 89-cu dəqiqədə rəqibi əks-hücumda yaxalayan “Qəbələ” hesab arasındakı fərqi ikiyə yüksəltdi. Ovusu mərkəzdən geridə topu qəbul etdi, sürətlə irəlilədi, Camal və Onanuqanı geridə qoydu, Eşqinlə oynadı. Eşqinin ötürməsini qəbul edən Keyta topu nəzarətsiz qalan Massumoya ötürdü. Massumo isə topu qapıdan keçirdi, qələbəni Qəbələyə apardı. Əslində qonaqlar 3-cü qolu da vura bilərdi. Ovusu özü fərqlənmək istədi, buna da olduqca yaxın oldu. Cərimə meydançasında bir neçə rəqibi aldadıb qapıya zərbə endirdi. Topu Ümid boş qapıdan çıxardı.
Bu oyuna qədər əsas rəqibindən 5 xal geri qalan “Qəbələ” vacib qələbə qazanaraq xal fərqini ikiyə endirdi. Deməli, intriqa hələ də davam edir!
Gözdən qaçmadı
// 80-ci dəqiqədə zədələnən Rəhman Hacıyevi həkim xələkdə yox, qucağına apardı.
// “Kəpəz” azarkeşləri klublarının bayrağını dalğalandırmaq istəsə də, Ukrayna bayrağını çıxardı. “Kəpəz”in rəngləri sarı-göy, Ukrayna bayrağı isə göy-sarıdı.
// Azər Bağırov oyun qurtarandan sonra 5 dəqiqə texniki zonada oturdu. Gəncəli azarkeşlər onunla söhbət etmək istəyirdi. Bağırov azarkeşlərin çoxu gedəndən sonra paltardəyişmə otağına yollandı.
// Matç başa çatandan sonra bəzi “Kəpəz” azarkeşləri “istefa” şüarları səsləndirdi.
MÜZƏFFƏR QULUZADƏ