EN

Pakistanda İran böhranının həlli ehtimalı azdır

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu həftəsonu Pakistanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarından sonra İran böhranının yekun həlli ehtimalı azdır.Newscenter.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert, Türkiyənin Aydın Universitetinin professoru Canan Tercan deyib.O bildirib ki, Pakistandakı danışıqlardan sonra atəşkəs razılaşması əldə edilə bilər, çünki ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanmasının yaratdığı enerji böhranı səbəbindən dünyanın hər yerindən ciddi təzyiq altındadır. Lakin hazırda yekun və zəmanətli sülhün əldə edilməsi ehtimalı azdır.Ekspert qeyd edib ki, iki həftəlik müvəqqəti atəşkəs dövründə danışıqların aparılmasını müsbət hal hesab edir:"Lakin hər iki tərəfin tələbləri diametral şəkildə ziddiyyət təşkil edir və son dərəcə maksimalistdir və belə şərtlər altında razılığa gəlmək asan deyil. Qarşıda çətin bir proses var".Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
1
newscenter.az

2Sources