EN

Türkiyənin bir neçə əyalətində daşqın və sel axınlarının nəticələri aradan qaldırılır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 9 aprel, AZƏRTAC

Türkiyənin Hatay əyalətinin Antakya rayonunda güclü yağışların səbəb olduğu daşqın və sel axınlarının nəticələrinin aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir.

AZƏRTAC xəbər verir ki, Antakya bələdiyyəsinin rəsmiləri və əməkdaşları təbii fəlakətdən ən çox zərər çəkmiş ərazilərdə ziyanın monitorinqini aparır və qiymətləndirirlər.

Keçən gecədən bəri tıxanmış drenajların və kanalizasiya quyularının təmizlənməsi, yığılmış su və çirkabın təmizlənməsi, eləcə də yolların nəqliyyatın hərəkəti üçün yenidən açılmasına dair işlər fasiləsiz davam edir.

Hakimiyyət orqanları daşqından zərər çəkmiş ərazilərdə sakinlərə dəyən ziyanı minimuma endirmək üçün bütün səylərin göstərildiyinə əminlik veriblər.

Leysan yağışları Osmaniyə və Yozqat əyalətlərində də mənfi təsir göstərir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
azertag.az

1Sources