EN

Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Almaniya kansleri Fridrix Merz Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Sebastian Hille məlumat verib.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Almaniya kansleri ABŞ və İran arasında atəşkəs sazişi əldə etmək üçün səylərinə görə Baş nazirə təşəkkür edib. Tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi apardılar və müharibənin davamlı olaraq yalnız diplomatik yolla başa çatmasının mümkün olduğu barədə razılığa gəldilər", - Hille qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
4
bizimyol.info

5Sources