EN

Oqtay Qasımov: Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Güney Qafqazdakı proseslərə müsbət təsir göstərəcək

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə ilə Ermənistan arasında uzun illər bağlı olan sərhəd yaxın aylarda açıla bilər. Ermənistan tərəfi sərhəd-keçid məntəqələrinin açılmasına hazırlıqları tamamlayıb, Türkiyə isə son mərhələdədir. Sərhədin açılması Paşinyan üçün siyasi üstünlük yarada və parlament seçkiləri öncəsi onun mövqeyini gücləndirə bilər. Hazırda ticarət Gürcüstan vasitəsilə həyata keçirilir, sərhəd açılanda illik dövriyyənin 1 milyard dollara qədər arta biləcəyi gözlənilir.Ermənistan parlament seçkiləri ərəfəsində sərhədin açılması Nikol Paşinyanın siyasi mövqeyinə necə təsir edə bilər və seçicilərin ona dəstəyini artırmaqda hansı rol oynaya bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur: Praktik olaraq sərhədlərin açılması ilə bağlı hüquqi prosedurlar tamamlanıb və atılacaq addımlar yaxınlaşır. Şübhəsiz ki, Paşinyan istərdi ki, bu məsələ seçkilərə qədər həll olunsun. Türkiyə tərəfi də müəyyən addımlar atmaqla prosesə təkan verir. Amma sərhədlərin tam şəkildə açılması açıqca mümkün görünmür ki, seçkilərə qədər başa çatsın. Burada əsas məsələlərdən biri o ola bilər ki, müəyyən məhdud səviyyədə sərhədlər artıq açılsın. Amma tam açılış şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra həyata keçirilə bilər, Türkiyə bunu dəfələrlə rəsmən bəyan edib”.

“Sərhədlərin açılması və Ermənistanla normallaşma regionda sülhün formalaşmasına kifayət qədər müsbət təsir edən amillərdəndir. Eyni zamanda bu əməkdaşlıq formalarının genişlənməsinə, ticarətin artmasına və cəmiyyətlər arasında münasibətlərin normallaşmasına, gələcəkdə isə Güney Qafqazın tam sülh və sabitlik bölgəsinə çevrilməsinə kömək edə bilər”-deyə politoloq qeyd edib.

Oqtay Qasımov hesab edir ki, Türkiyə regional proseslərdə önəmli rola sahibdir, Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malikdir və regionda baş verən proseslərə təsir imkanları var. Politoloqun fikrincə, Ermənistan-Türkiyə normallaşması Güney Qafqazdakı proseslərə müsbət təsir göstərəcək və bu seçicilərin davranışına təsir edərək, sülh tərəfdarlarının mövqeyinin güclənməsinə şərait yaradacaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
bizimyol.info

1Sources