EN

Millimiz Gürcüstan yığmasına məğlub oldu

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.

Apasport.az xəbər verir ki, komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib.

Yevgeni Kukseviçin yetirmələri rəqibinə 2:4 hesabı ilə uduzub.

Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

AL: “Betis” “Braqa” ilə bacarmadı - YENİLƏNİB

ÇL: “Bavariya” “Real”ı, “Arsenal” “Sportinq”i məğlub etdi - YENİLƏNİB

Yevgeni Kukseviç: “Meydanda görəcəyimiz işlər maraqlıdır”

Millimiz Moldovanı məğlub edib

Millimizin heyəti bəlli oldu

Chosen
36
6
apasport.az

10Sources