EN

Londondan Moskvaya: “Sizi və fəaliyyətinizi görürük”

Böyük Britaniya hökuməti Rusiyanın Atlantik okeanındakı sualtı obyektlərə təhdidini davam etdirəcəyi təqdirdə ciddi tədbirlər görəcəyini bəyan edib.

Ölkə.Az-ın “Sky News”a istinadən məlumatına görə, bu barədə Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Nazir qeyd edib ki, London Atlantik okeanının şimalında Rusiyanın fəallığının artdığını qeydə alıb. Britaniya hərbçiləri bölgədə Rusiyaya məxsus “Akula” sinfinə aid zərbə sualtı qayığı, iki xüsusi təyinatlı sualtı qayıq və “Yantar” kəşfiyyat gəmisini aşkar ediblər.

Müdafiə nazirinin sözlərinə görə, bu gəmilər Rusiya Prezidenti Vladimir Putindən Britaniya və müttəfiqlərinə, xüsusən də kritik sualtı infrastruktura qarşı "hibrid müharibə" aparmaq tapşırığı alıblar.

Britaniya hərbçilərinin 500 nəfərdən çox şəxsi heyətlə həyata keçirdiyi və bir aydan çox davam edən izləmə əməliyyatı artıq başa çatıb. Hili vurğulayıb ki, ölkənin kabel və boru kəmərlərinə zərər dəyməsinə dair hələlik heç bir sübut tapılmayıb.

“Prezident Putinə deyirəm: biz sizi görürük, kabellərimizə və boru kəmərlərimizə qarşı fəaliyyətinizi izləyirik. Bilməlisiniz ki, onlara zərər vurmaq cəhdi qəbulolunmazdır və bunun ağır nəticələri olacaq”, — deyə nazir xəbərdarlıq edib.

Chosen
29
1
olke.az

2Sources