EN

Azərbaycan millisinin məşqçisi Norveç klubunda təcrübə keçir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, təcrübə müddətində E. Çodarov “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub.

Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
10
azertag.az

10Sources