EN

Livanın Baş naziri Pakistandan İranın atəşkəs razılaşmasına aydınlıq gətirməsini xahiş edib

Bakı.Trend:

Livanın Baş naziri Nəvaf Salam Pakistan hökumətindən Livanınİran atəşkəs razılaşmasının müddəalarına daxil edilib-edilmədiyininaydınlaşdırılmasını xahiş edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

İran, ABŞ və İsrail müvəqqəti atəşkəsi razılaşdırsalarda,sonradan İsrail Baş naziri razılaşmanın Livanı ehtiya etmədiyini vəHizbullaha qarşı əməliyyatların tam gücü ilə davam edəcəyinibildirmişdi. İsrailin Hizbullaha qarşı həyata keçirdiyiəməliyyatlarda son bir neçə gün ərzində 200-dən çox insanın həlakolduğu qeyd olunur.

Livan Baş naziri ofisinin yaydığı məlumata görə, hökumət başçısıSalam, pakistanlı həmkarı Şahbaz Şərifə zəng edərək İslamabadınatəşkəsin təmin olunmasında göstərdiyi səyləri yüksəkqiymətləndirib və ondan dünən müşahidə olunan İsrail hücumlarınıntəkrarlanmasının qarşısını almaq üçün atəşkəsin Livanı da əhatəetdiyini təsdiqləməsini xahiş edib.

Bu arada İran parlamentinin sədri xəbərdarlıq edib ki, TehranLivanı “atəşkəsin ayrılmaz hissəsi” kimi görür və “sərt cavablar”lahədələyib. Bu açıqlama Livanın da atəşkəsə daxil edilməsinə yönələnbeynəlxalq çağırışların artdığı bir vaxta təsadüf edir.

Məqalədə:
Chosen
15
1
az.trend.az

2Sources