EN

Gəncədə qadın sürücü piyadanı vurdu

Gəncədə piyadanın avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Huseyn Cavid küçəsində baş verib. Hərəkətdə olan "KİA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücü qadın olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
15
1
unikal.az

2Sources