EN

Yaxın Şərqdəki müharibə səbəbindən "Chevron" neft hasilatını 6% azaldıb

BAKI, 9 aprel. TELEQRAF

ABŞ-nin "Chevron" şirkəti bu ilin birinci rübündə ötən ilin son rübü ilə müqayisədə neft hasilatını 6% azaldıb.

Teleqraf "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin İrana qarşı hərbi əməliyyatları olub.

Agentliyin məlumatına görə, 2025-ci ilin dördüncü rübündə orta gündəlik hasilat təxminən 4,05 milyon barel neft təşkil edib. Bu ilin birinci rübündə isə bu rəqəm 3,8-3,9 milyon barel olub.

"Chevron" nümayəndələri göstəricilərin aşağı düşməsini Fars körfəzi ölkələri və İsraildəki yataqlarda hasilat həcmlərinin azalması, eləcə də Qazaxıstandakı müəssisələrdəki problemlərin nəticələri ilə əlaqələndiriblər.

Chosen
14
2
teleqraf.com

3Sources