EN

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi artıb

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 2026-cı ilin əvvəlində nəzərəçarpacaq artım göstərərək ikitərəfli iqtisadi əlaqələrdə yüksələn tendensiyanı davam etdirib. Son məlumatlara görə, 2026-cı ilin yanvar–fevral aylarında iki ölkə arasında ümumi ticarət dövriyyəsi 9,1 milyon ABŞ dollarını ötüb. 

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi 2026-cı ilin əvvəlində nəzərəçarpacaq şəkildə artıb. A.Nəsirlinin sözlərinə görə, 9,1 milyon ABŞ dolları həcmində olan dövriyyə həm mövcud əməkdaşlığın dərinləşdiyini, həm də yeni imkanların ortaya çıxdığını göstərir.

Akif Nəsirlinin bildirib ki, “Gələcəkdə bu artım əsasən enerji sektoru, kənd təsərrüfatı məhsulları, neft-kimya sənayesi, tikinti və infrastruktur layihələri, həmçinin texnologiya və investisiya sahələrində yeni əməkdaşlıq imkanları yarada bilər".

İqtisadçı vurğulayıb ki, həmçinin turizm və xidmət sektorunda da qarşılıqlı maraqla əlaqədar artımlar müşahidə edilə bilər. O əlavə edib: “Bu, ikitərəfli münasibətlərin daha strateji və uzunmüddətli əməkdaşlığa çevrilməsi üçün əlverişli zəmin yaradır".

Fatimə Nəbiyeva

Chosen
35
qht.az

1Sources