Bakı. Trend:
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı havamüşahidə olunur.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-usaat 16:00 olan məlumatında qeyd olunub.
Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağışyağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağda isə qar yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyinmaksimal sürəti arabir Goranboyda 23, Ağdam, Tərtər və Naftalanda22, Bərdə, Quba (Xınalıq) və Şahdağda 20, Mingəçevirdə 16 m/s-dəkgüclənir.
Şəki, Şamaxı, Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunur.Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.