EN

Ailə 3 uşağından imtina etdi- Onların Son halı necədir? RƏSMİ

Uşaqların son vəziyyəti ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu  Ajans.az-ın sorğusuna cavab olaraq bildirib ki, ailə uşaqlardan imtina etməyib.  Onun sözlərinə görə, Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən uşaqların baxımsız qaldığı müəyyən edilib və bu barədə aidiyyəti qurumlara məlumat verilib:  Tovuz Rayon İcra Hakimiyyəti uşaqları aşkarlayıb. Qonşu icra hakimiyyətinə məlumat verib ki, qonşuluqda bir ailədə uşaqlar baxımsız vəziyyətdə qalıb. İcra hakimiyyəti, eyni zamanda aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ailəyə baxış keçirib və müəyyən ediblər ki, həqiqətən də uşaqlar evdə baxımsız vəziyyətdədir. Çünki ata uşaqlara baxmır, Ana da uşaqlara baxmaq iqtidarında deyil. Buna görə də İcra hakimiyyəti aidiyyəti qurumlarla və polis əməkdaşları ilə birlikdə uşaqları xəstəxanaya yerləşdirib. Hazırda onların müayinələri davam etdirilir. "

Uşaqların vəziyyəti ilə bağlı zəruri tədbirlər görüləcək.

Chosen
41
2
Ajans.az

5Sources