EN

“Ordu haqqında vacib olan əsgərlərin və onların valideynlərinin dedikləridir” - Paşinyan

Ordunun vəziyyətinin əsas göstəricisi hərbi qulluqçuların özlərinin və onların valideynlərinin fikirləridir.

Herbiand.az bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 9 apreldə hökumət iclasından sonra keçirilən brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Hayk Sarkisyanın mübahisəli açıqlamalarına münasibət bildirərkən belə deyib.

Paşinyan xüsusilə qeyd edib ki, mart ayında bölgələrə işgüzar səfərləri zamanı vətəndaşlar ona və müdafiə naziri Suren Papikyana dəfələrlə müraciət ediblər. Onlar Ermənistan hökuməti tərəfindən, xüsusən də Silahlı Qüvvələrdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər: “Dəstək səviyyəsi - ərzaq, forma, mənəvi-psixoloji vəziyyət və müdafiə qabiliyyəti - misli görünməmiş dərəcədə yüksək səviyyədədir. Bu və ya digər qiymətləndirmələr siyasi motivlərə görə müxtəlif cür əsaslana bilər. Lakin, mənim üçün yeganə prioritet hərbçilərin və onların ailələrinin fikirləridir”.

Baş nazir deyib ki, istənilən orduya xas olan çətinliklərə baxmayaraq, Ermənistan Silahlı Qüvvələr üçün hökumət tərəfindən təsdiqlənmiş islahat konsepsiyasını həyata keçirməyə davam edir: “İslahatların aralıq nəticələrinin 28 may tarixində Birinci Respublika Gününə həsr olunmuş silah nümayişi çərçivəsində parad zamanı göstərilməsi planlaşdırılır”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
12
herbiand.az

1Sources